Şrift:
Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub
01.02.2023 [10:17] - Gündəm, İdman
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed