Şrift:
Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan
02.02.2023 [10:39] - Gündəm, Siyasət
Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT" televiziya kanalının efiri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.T.Ərdoğan "Türkiyə özünü regional güc kimi təsdiqləyib. İndi bizim vəzifəmiz dünya dövlətinə çevrilməkdir" deyib.

Dövlət başçısı 20 il ərzində böyük çətinliklərin öhdəsindən gələrək, Türkiyənın böyük irəliləyiş əldə etdiklərini vurğulayıb.

"Mən deyə bilmərəm ki, tankların (Ukraynaya) göndərilməsi “həllin elementi”dir. Bütün bunlar risklidir və xüsusilə silah baronları üçün əlverişlidir", - deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı bildirib ki, Türkiyə Avropada və xüsusilə Skandinaviya ölkələrində artan anti-islam ritorikasından və fəaliyyətindən narahatdır.

"İslamofobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyirik. Biz İsveç və Finlandiyanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyirik", - deyə R.T.Ərdoğan qeyd edib.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed