02.02.2023 [11:03] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Siyasi partiyalar haqqında” Qanunun qəbulu cəmiyyətin müxtəlif kəsimlərində müzakirələr yaradıb. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev Cebhe.info-nun suallarını cavablandırıb.
-Fərəc bəy, “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Qanunun qəbulundan əvvəl ictimai dinləmələr, müzakirələr keçirildi. Yeni qanun siyasi partiyalara nə verəcək?
-Yeni qanunda 70-ə qədər dəyişiklik olmuşdu. Mükəmməl son varinat lazım idi. Əlbəttə, ilkin təkliflər zamanı müəyyən partiyaların etirazı, narahatlığı oldu, amma nəzərə də alındı. Açığı əvvəl də demişdim, bu gün də bildirirəm ki, qanunu təklif edənlər çox geri çəkildilər. Məsələn, təkliflərdə belə bir maddə var idi ki, seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatı ləğv olunacaq. Bu, doğru yanaşma idi. Partiya hakimiyyətə gəlmək üçün çalışır. Əgər o partiya seçkilərdə iştirak etmirsə, deməli, başqa yolla hakimiyyətə gəlməyi hədəfləyir. Bu məsələdə güzəşt yerində deyildi. Ən çox müzakirə sayla bağlı gedirdi ki, bu məsələdə də güzəşt edildi, üzv sayı 5 minə endirildi. Əslində isə dərnəklə, QHT ilə partiyanı ayırmaq lazımdır. Partiyalar ciddi iddia ilə çıxış edirsə, hakimiyyətə gəlmək, bir komanda ilə ölkəni idarə etmək istəyirsə, onun bazası, elektoratı, o zehniyyəti daşıyanlar olmalıdır. Əslində Azərbaycanda 60-a qədər fərqli düşüncə, zehniyyət yoxdur. İdeoloji baxımdan 3-4 fərqli yanaşma ola bilər. Təmərküzləşmə üçün də yaxşıdır ki, bir çox partiya birləşsin. Burada da iki avantaj var. Birincisi odur ki, partiyadaxili rəqabətdə insanlar önə çıxır, seçkilərdə də onlar təmsil olunurlar. Əslində müxalifətin güclənməsi də buna bağlıdır. Amma bu qanunun işlək olması, partiyalara rəng, cəmiyyətə xeyir verməsi üçün başqa addımlar vacibdir. Əgər partiyaların güclənməsini istəyiriksə, ən azından qarışıq- proporsional və majoritar seçki sistemilazımdır.
-Partiyaların gücü seçki ilə bəlli olur. Sizcə, proporsional seçki sisteminə keçid olacaqmı? Bu, “Siyasi partiyalar haqqında” Qanunun işləməsi üçün vacib şərtdirmi?
-Çox vacib şərtdir. Proporsional seçki sistemində hansı zehniyyətin cəmiyyət tərəfindən qəbul olunduğu bəlli olacaq. İnsanlar majoritar seçki sistemində bir nəfərə, bəlkə onun xarizmasına, hərəkətlərinə, keçmişinə, verdiyi şüarlara səs verirlər. İndi bir çoxları vəd verirlər, amma soruşsan ki, 55 yaşın var, indiyə qədər nələr etmisən, bu vədləri nə ilə əsaslandırırsan, cavab omayacaq. Amma proporsional seçki sistemində zehniyyətə, komandaya səs verilir. Eyni zamanda, partiyadaxili rəqabətdə insanlar üzə çıxır, ön sırada daha çox bacarıqlı, savadlı adamlar yer aldığına görə parlament də güclü olur. Digər tərəfdən, yerli seçkilərdə bir partiya uğur qazanarsa, həm də məşq keçmiş olur. Məsələn, partiya bələdiyyəni götürürsə, idarəetmə nümunəsi göstərir ki, dövləti də belə idarə edə bilərəm. Hakimiyyət bundan narahat olmamalıdır ki, müxalifətə çox səlahiyyət verir, çünki bu, həm də məsuliyyət verməkdir. Bu gün yerlərdə olan bütün problemlər mütləq piramidanın ən yuxarısına qədər gedib çıxır. Amma proporsional seçki keçirilərsə, bələdiyyələrin də normal hüquqları yerində olsa, bu məsələlər yerlərdə lokallaşacaq, hər kəs sualının cavabını yerlərdə axtaracaq. Eyni zamanda, insanlar seçkiyə, siyasətə maraqlı olacaq. Açığı, hazırda Azərbaycanda siyasətə maraq çox aşağı səviyyədədir. Təkcə seçilmək, inzibati nəzarət yox, həm də iştirakçılıq təmin olunacaq. Seçilən adamların da məsuliyyəti çox olacaq. Bu gün icra məmuru təyinatla gəldiyi üçün aşağıların dediklərinə əhəmiyyət vermir. Amma yerdən seçiləndə, başa düşəcək ki, yerdəkilərin dediklərinə əməl etməsə, sabah seçilməyəcək. Cəmiyyətdə nə qədər iştirakçı çox olarsa, dövlətin müdafiə qabiliyyəti də o qədər çox olur. Bunun həm də büdcəyə xeyri olacaq, büdcə dotasiyalardan qurtulacaq. Yəni yerlərdə daha çox qazanmağa meyillilik yaranacaq, infrastruktur dəyişəcək, özəl sektor inkişaf edəcək. Azərbaycanda hazırda xeyli rayonlara dövlət büdcəsində dotasiya verilir. Amma həmin rayonların gəlir əldə etməsi üçün xeyli imkanları var. Məsələn, Azərbaycanda xarici ticarət balansında müsbət saldo daha çox enerji daşıyıcılarına bağlıdır. Bu sahədə özəl sektorun payı çox kiçikdir, xarici ticarətdə payı isə daha çox idxal əməliyyatlarındadır. Proporsional seçki bu məsələyə birbaşa təsir edəcək. İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün də əhəmiyyətli məsələdir. Dotasiyadansa xüsusi imtiyazların verilməsi vacibdir. Məsələn, bələdiyyələr inkişaf etdirilir, sahibkarlara güzəştlər verilir, vergidən azad olunur, böyük torpaq sahələri ayrılır. Ona görə də “Siyasi partiyalar haqqında” Qanunun kağız parçası kimi qalması yox, işlək olması üçün bu addım atılmalıdır. Əgər doğrudan da siyasi islahatlar kursu götürülübsə, mənim buna şübhəm yoxdur, ən azından qarışıq seçki sistemi nəzərə alınacaq.
-Bu şəraitdə partiyalar hamısı qurultaya getməlidir?
-Qanunun qəbulundan sonra qurultay vacibdir. Çünki yeni qanunun müddəaları var ki, onu yalnız qurultay təsdiqləyə bilər. Nizamnamə dəyişikliyi olmalıdır ki, onu heç bir partiyanın hansısa icra orqanı dəyişə bilməz. Nizamnamə dəyişiklikləri üçün qurultay vacibdir. Biz də qurultaya hazırlaşırıq. Rayon şöbələri ilə işlər aparırıq, çətinlik ondan ibarətdir ki, indi bəzi tələblər var, o zaman onlar nəzərə alınmayıb. İndi onları işləyirik. Bəzi partiya rəhbərlərinin çıxışlarına baxıram, deyirlər ki, artıq işləməyə, rayon şöbələrinin üstünün tozunu təmizləməyə, əlaqələr qurmağa başladıq. Cəmiyyətdə bir fəallaşma başlayıb. Ölkə siyasətinin formalaşması təkcə pramidanın yuxarı hissəsindən asılı deyil. Aşağılar ciddi şəkildə iştirakçı olmalıdır, yuxarı sadəcə olaraq aşağı zehniyyətin, tələblərin içərisindən ortaq fikir məzmununu dövlət siyasətinə çevirməlidir.
-Partiyaların birləşməsi ilə bağlı fikirlər çox müzakirə olunur. Hansı partiyaları özünüzə yaxın hiss edirsiz? Birləşmək üçün sizə müraciət edən olubmu?
-Mən Turançıyam. Yerindən asılı olmayaraq, türk coğrafiyasının hər yeri mənim üçün əzizdir. Azərbaycanda da heç bir partiya ilə xüsusi ziddiyyətimiz yoxdur. Partiya olsun, məmur olsun, fərd olsun, ölkəmin düşmənlərinin alətinə çevrilərsə, onun qarşısındayam. Partiyamızın mübarizə fəlsəfəsi də budur ki, fərd olaraq heç kimlə mübarizə aparmırıq. Birgə fəaliyyət üçün də heç kimlə müqavilə bağlamırıq. Azərbaycanın maraqlarına uyğun bir hərəkət varsa, heç bir təklif gözləmədən onu dəstəkləyirik. Milli maraqlara uyğun olmayan istənilən addım, istər hakimiyyət, istərsə də müxalifət tərəfindən atılarsa, onun qarşısındayıq. Rusiyaya, İrana meyil edən, Qərb dairələrinə qoşulub milli maraqların əleyhinə gedən partiya varsa, heç vaxt bir yerdə ola bilmərik. Amma digər partiyalarla ortaq davranmaq imkanı var. Düzdür, biz siyasi bloklara qoşulmamaq qərarını əsas götürdük. Zaman da göstərdi ki, doğru etdik. Çünki çox bloklar yarandı və sonra özləri bir-biri ilə çox qatı düşmənə çevrildi. Biz sonrasından narahat deyildik, bloklara qoşulanda məsuliyyət götürürsən, hansısa bir məsələdə ani qərar vermək lazım gəlirsə, çəkinliklər yaranır. Ona görə də qoşulmurduq. Amma bir neçə partiya tərəfindən bizə qoşulmaqla bağlı təşəbbüsü olub. “Düşünərik” cavabını vermişik. Bəlkə onlar güclənəcək, amma alınmasa, gələcəkdə qərar verilə bilər. Azərbaycanda barmaqla sayılacaq qədər partiya var ki, onlarla bir yerdə olmaq mümkün deyil. Amma digərlərinin hər biri ilə mümkündür.
-Partiyaların ideoloji xətti də maraqlıdır. Məsələn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ideoloji xətti sosial-demokratiya olaraq elan edib. Sizin partiyanın ideoloji xətti nədir?
-Biz sağ mərkəzçi partiyayıq. Millətçi partiyayıq, bunu da gizlətmirik. Uzun illər Nizamnamə və Məramnaməmizdə göstərmişdik ki, Azərbaycan üçün ədalətli status kvo, Bütöv Azərbaycan istəyir, 1928-ci il müqaviləsinin müddəaları və onun yaratdığı reallığı tanımırıq. 2005-ci ildə təsis qurultayı keçirməyimizə baxmayaraq, 2011-ci ilə qədər dəfələrlə təklif olundu ki, bunları Nizamnamədən çıxaraq, imtina etdik. Amma zaman göstərdi ki, haqlıyıq. Bu gün dövlət səviyyəsində artıq Bütöv Azərbaycan xətti televiziyalardan deyilir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident “Biz dünyanın hər yerindəki, o cümlədən Güney Azərbaycandakı soydaşlarımıza sahib çıxacağıq” deyirsə, bu, bizim üçün böyük uğurdur. 2003-cü ildən Güney Azərbaycan departamentimiz var. Hətta biz Qərbi Azərbaycan departamenti yaratmışıq, 2012-ci ildə İrəvanda Sarkisyana “İrəvan Azərbaycandır” deyən biriyəm. O vaxt sağ mərkəzçi, millətçi olmağımıza bəzən utopist kimi baxırdılar. Biz entik millətçi deyilik. Partiyamızda bütün etnosların nümayəndələri- ləzgi, talış, udin və başqa millətlər var. Bizim millətçiliyimiz dövlət millətçiliyidir. Bəzən deyirlər ki, bu, necə ola bilər? Deyirəm ki, ABŞ-da nə qədər millət var, amma onların vahid futbol kamandası var. Eyni zamanda, bizim mühafizəkar yanaşmalarımız var. Buna da bəzən fərqli baxırlar. Çünki Qərb kosmopolitləri bunu bizim cəmiyyətə fərqli təqdim ediblər. Mühafizəkarlar, millətçilər sözünü 1988-ci ildən sonrakı dövrdə hətta söyüş kimi təqdim edirdilər. Amma əslində bizi xilas edən elə mühafizəkarlığımızdır. Ölkəmiz müxtəlif dövrlərdə Çar imperiyasının, Qırmızı imperiyanın tərkibində olub, amma özümüzü mühafizəkarlığımızla, ailə mədəniyyətimizlə qorumuşuq. Dilimizi, dinimizi, ailə dəyərlərimizi qoruyub saxlamadan başqa şey mümkün deyil.
-Üzvlərin sayı nə qədərdir?
-12-14 min rəsmi üzüvümüz var. Amma yerlərdə bu rəqəm daha böyük ifadə olunur. Çünki son zamanlar xeyli yeni üzvlər gəlib, amma çıxanlarımız da var. İlk dövrlərdə təxminən 30 min üzvümüz olub. Rəsmi vikipediya səhifəmizdə rayon şöbələrimiz adbaad yerləşdirilib. Açığı, sonradan ölkədə siyasi mühit zəiflədi, bələdiyyə seçkilərində uğursuz olduq. Çox ciddi işləməyimizə baxmayaraq, ədalətsizliklə üzləşdik. Parlament seçkilərində YAP-dan sonra ən çox, 63 qeydiyyatdan keçmiş nümayəndə ilə iştirak etdik. Bir çox dairələrdə ziqzaqla qaşılaşdıq deyə insanların siyasətə inamı itməyə başladı. Amma Qərbi Azərbaycan İcmasının yaranması, Güney Azərbaycanla bağlı baş verənlər insanlarda yeni əhval yaradıb.
Hazırda 30 min üzvün olacağını güman etmirəm, amma gəlmələr səpələnmələrdən daha çoxdur. İddialı deyilik ki, 200 min üzvümüz olsun. 6-8 min arasında sabit, bizə bağlı olan, adbaad tanıdığımız adamlar olsun. Bəlkə də inandırıcı görünmür, amma Əmir Teymur ordusunda olan bütün əsgərlərini adbaad tanıyırmış. Məsələyə ailə yanaşması olaraq baxırıq. Rəqəmi şişirtmək olar. Bunu istəmirik, ciddi şəkildə işin içinə girmək istəyirik. Zehniyyətimiz iş başına gəldikcə, sevinirik. 1998-ci ildə məhbəsdə yazdığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabı bizim konsepsiyamızdır. Heç bir partiyada belə bir şey yoxdur. Orada Azərbaycanın daxili, xarici siyasəti göstərilib və o, bizim bazamızdır. Orada bugünkü Türk Dövlətləri Təşkilatı formatı göstərilib. Bu gün Türk Dövlətləri Təşkilatı, Qərbi Azərbaycan İcması ortadadır, Güney Azərbaycan İcması yaradılıb, hərçənd icma məsələsinə münasibətim birmənalı deyil. Çünki Güney Azərbaycan İcması ifadəsi doğru deyil, biz İranda milli çoxluğuq, kənarda olanlar bunu başqa ad altında formalaşdırmalıdır. Tənqidi yanaşmaq istəmirəm, uğurlar arzulayıram, amma mənim baxışım o deyil. İndi reallıqlar fərqlidir və Güney Azərbaycan məsələsinə daha institutlaşmış formada yanaşmaq lazımdır. Amma ümumi olaraq bizim zeyhiyyətimiz iş başına gəldikcə, ortaya qoyduğumuz yanaşma özünü doğruldur. Biz hakimiyyətə fiziki mənada gəlməyin mütləq olduğunu düşünmürük. Əlbəttə ki, bir zehniyyəti özün idarə etsən, daha yaxşıdır, amma insanın bir ömrü var. Atatürk bir zehniyyəti iş başına gətirib, özü fiziki mənada yoxdur, amma o zehniyyət yaşayır. Biz zehniyyətimizin iş başında olmasını istəyirik. Əgər bu gün sadaladığım üç məsələ hakimiyyətə gəlibsə, deməli, biz hakimiyyətdəyik. Bu gün heç bir partiya barmağını qatlayıb “Bu zehniyyətimiz iş başındadır” deyə bilməz.
-Sizcə Azərbaycana neçə partiya lazımdır?
-Say qoymaq düz olmaz, hesab edirəm ki, partiyaların 15-20-30 min üzvünün olması lazımdır. Məsələn, Türkiyədə demokratik seçki olur, seçki dönəmində nə qədər bir-biri ilə savaşsalar da, milli məsələlərdə ortaq davranırlar. Azərbaycanda da o mühitin olmasını çox arzulayıram. Əgər belə olarsa, ortada 10-dan çox partiyanın olması mümkün və lazımdır. 60 partiya Azərbaycan kimi kiçik bir dövlətdə çoxdur. Heç bir partiya rəhbərinə toxunmasın, bəzən onlayn müzakirələr olur, adını oxumasam, tanımıram. Partiyanın adı yazılır, heç bilmirəm belə partiya olubmu? Partiya hər gün mitinq etməməlidir. Fikirlərimizi təbliğ etməli, ictimai rəyi hazırlamalı, yönəltməliyik. Eləsi var ki, 5-6 dost- tanışını yanına yığıb partiya yaratdığını elan edir, ondansa bu fikri daşıyan partiyalara qatıla, rəqabətlə önə çıxıb rəhbərlikdə təmsil olunarlar. Həm ucuz başa gələr, həm də daha rahat olar.
-Yeni qanunda partiyaların maliyyələşməsi ilə bağlı müddəalar var. Sizə partiyaların maliyyələşməsi necə təşkil olunmalıdır?
-Bir mexanizm olmalıdır. Siz də yazmışdınız, mən yazdıqlarınızı oxuyuram. Əslində partiyanın bir üzvünün parlamentə düşməsi ilə maliyyəşmə aparmaq doğru deyil. Bu majoritar seçki sistemində bir nəfərin uğurudur. Amma proporsional olarsa, parlamentə düşənlər öz yerində, düşməyənlər də müəyyən səs toplayarsa, onlara maliyyə ayrılmalıdır. Yəni ardıcıl olaraq bələdiyyə, parlament, prezident seçkilərində iştirak edən, müəyyən səs toplayan partiyaların dövlət tərəfindən maliyyələşməsi normaldır.
-Proporsional seçkilərdə bir baryer qoyulur. Seçkilərdə əvvəlcədən qəbul edilmiş sayda səs ala bilməyən partiyalar parlamentə düşə bilmir. Yeni qanuna görə, partiyaların 5 min üzvü olmalıdır. Bu sayı nəzərə alsaq, proporsional sistemdə baryer neçə faiz olmalıdır?
-Qanunun müzakirəsi zamanı ilk təklifimdə yazmışdım ki, bir partiyanın nə qədər üzvünün olmasında asılı olmayaraq, 10 min nəfər dəstəkçi toplaya bilirsə, ona maliyyə ayrılsın. Bu, o deməkdir ki, cəmiyyətdə 10 min nəfər bu partiyanı tanıyır. İndi sizin dediyinizlə bu fikri modifikasiya etmək olar. Deyək ki, 5 mindən çox üzvü olan partiyanı cəmiyyətdə də 40 min nəfər tanıyır. Buna artıq maliyyə vermək olar ki, partiya inkişaf etsin. Birini işə götürəndə şərt qoyurlar ki, 5 il təcrübəsi olsun. Amma adam hardansa başlamalıdır axı... İndi partiyalarda vəziyyət elədir, inkişaf etməsi üçün dövlət dəstəyi lazımdır. Konkret olaraq bəzi partiya, QHT rəhbərlərinin əli xarici qüvvələrin cibindən çıxmalıdır. Başqa dövlətə uşaqlıq edənlər, bizim ölkəmizə böyüklük etmək iddiasında olmasın. Çox sıxıntılarımız ola bilər, olsun, amma buna görə düşməndən pul götürmək olmaz. Məşhur əsərdə deyildiyi kimi, itə ataram, yada satmaram. Dövlət babadır, fəaliyyətə də baxıb vəsait verməlidir. Məsələn, “Cümhuriyət” qəzeti, Cebhe.info saytı kimi bir çox milli mətbuatımız var, onunla kosmopolit mətbuat bir deyil. Onlara gərək dəstək verəsən, çünki onun təbliğatı fərqlidir, milli maraqlar üçün çalışır. Siyasi partiyaların fəaliyyəti də bu mənada nəzarətdə saxlanılmalıdır. Siz partiya sədri deyilsiniz, amma yüzlərlə dostunuz, qohumunuz var, bir söz deyirsiniz, 300-400 nəfər eşidirsə, deməli, ictimai rəy liderisiniz. O mənada dövlət tərəfindən milli maraqlara xidmət edən jurnalistə, QHT-yə, partiyaya diqqət göstərilməlidir.
-Fərəc bəy, bu gün üzdə olan siyasətçilər kiçik istisnalarla 90-cı illərdə yetişib. Azərbaycanda indi niyə siyasətçi yetişmir?
-Əslində çox ciddi sualdır. Bunun iki səbəbi var. Birincisi, məktəbləşmə çox zəif oldu. Liderlər özündən sonra kimsə onun yerinə gələcək deyə qısqanc yanaşdılar. Məktəb yaranmadı, yetişdirmədilər. Məkbət olmaq istəyənlərin də resursları olmadı. Məsələn, biz “Saval məktəbi” yaratmışdıq, uzun müddət fəaliyyət göstərdi. “Elçibəy məktəbi” yaratmışdıq. Yüzlərlə tələbə bizim zehniyyətlə yerlərə gedib, milli maraqlardan çıxış edirlər. Onların bizim üzvümüz kimi qalıb- qalmamalarının fərqi yoxdur. Amma bir məktəb keçdilər. İkincisi, siyasi mühitdə şərait, maraq yoxdur, iştirakçılıq təmin olunmayıb. Seçmək hüququ var, amma seçilməyi də asanlaşdırmaq lazımdır. Ona görə də islahata ciddi ehtiyac var. İerarxik idarəetmə sistemində icra strukturları bələdiyyələrlə əvəz olunmalıdır ki, insanların seçkiyə gəlsin.
Üçüncüsü, maliyyə sıxıntılarıdır. Azərbaycanın 30 il sıxntıda olmasının da xeyli dərəcədə təsiri oldu. Dördüncüs, xarici faktorlardır. İran şəbəkəsinin vurduğu zərbələr, Rusiyanın qurduğu şəbəkə, hakimiyyət daxilindəki “5-ci kolon” indi üzə çıxır. Bir məsələ də var ki, 90-cı illərdə bir formasiyadan başqa bir formasiyaya keçid olub. Mənim həyatıma düşüb ki, orada iştirak etmişəm, istiqlalçı deputatam, “Müstəqillik Aktı”na imza atıb siyasətə də gəlmişəm, indiki gənclər də o dövrdə olsaydı, bunlar ola bilərdi. İndi o şərait də yoxdur.
-Yəni 90-cı illərdək siyasi romantika indi yoxdur?
-Yoxdur. Məsələn, 44 günlük müharibədən əvvəl həmişə düşünürdüm ki, bizim gənclər döyüşməz. Kaş ki, əlimiz silah tutardı, özümüz döyüşərdik. Müharibədən sonra televiziya vasitəsilə bütün gənclərdən belə düşündüyüm üçün üzr istədim. Müharibədə bir nəfər fərarimiz olmadı, möhtəşəm performans göstərdilər. İndi o siyasi mühiti yaratsaq, gənc siyasətçilər yetişəcək. Ən çox stimula ehtiyac var.
Vilayət Muxtar/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |