Şrift:
Türkiyədə zəlzələdən 141-163 saat sonra azı 41 nəfər xilas edilib
13.02.2023 [11:12] - Gündəm, Hadisə
Türkiyədə zəlzələdən 141-163 saat sonra olan müddət ərzində azı 41 nəfər dağıntılar altından xilas edilib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.
Bu xəbər oxucular tərəfindən 1587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed