Şrift:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri ilə görüş olub
03.03.2023 [10:01] - Gündəm
Martın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix ilə görüşüb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli hüquq əməkdaşlığının vacibliyini qeyd edib. Ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələr, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın və həmin məhkəmənin presedent hüququnun əhəmiyyəti vurğulanıb.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib, bu əməkdaşlığın məhkəmə-hüquq sahəsində daha da genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. O, gələcəkdə də Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Sonda sədr qurumlar arasında səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib və Petr Zixə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed