06.03.2023 [10:06] - Gündəm, İdman
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri sona çatıb.
Turnirdə 86 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilərimiz dörddəbir finaladək iki qələbə qazanıblar. Orxan Abasov ABŞ təmsilçiləri Kuentin Peres (13:5) və Ceyms Morqan (13:1) üzərində inamlı qələbə qazanıbsa, Abubakr Abakarov polşalı Filip Roqut (7:1) və gürcüstanlı Zaur Beradzeni (2:2) üstələyib. Güləşçilərimiz dörddəbir finalda üz-üzə gəliblər və A.Abakarov güclü olub – 7:0. Ancaq təmsilçimiz yarımfinalda türkiyəli Fatih Erdinlə görüşdə zədələndiyi üçün yarışdan çəkilmək məcburiyyətində qalıb.
Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz dörddəbir finalda bir-biri ilə qarşılaşıb. Rahid Həmidli Georgi Meşvildişviliyə müqavimət göstərə bilməyib – 0:10. G.Meşvildişvili yarımfinalda amerikalı Ryan Valza da heç bir şans tanımayıb – 11:0. Həlledici görüşdə iranlı Mustafa Tağanini 7:2 hesabı ilə üstələyən güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qaxıb. R.Həmidli isə bürünc medal uğrunda görüşdə R.Valzla bacarmayıb - 1:3.
Həftəsonu qadın güləşində iki təmsilçimiz çıxış edib. Türkan Nəsirova (50 kq) ilk mərhələdə bolqarıstanlı Miqlena Selişkaya 2:4 hesabı ilə məğlub olub. Əvəzində Mariya Stadnik M.Selişkanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Millimizin lideri yarımfinalda Şimali Makedoniyanı təmsil edən Veronika Ryabovolovaya da eyni hesabla qalib gəlib. Finalda qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşan M.Stadnikə qələbə üçün cəmi 35 saniyə kifayət edib – 10:0.
Beləliklə, güləşçilərimiz bu yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal qazanmışdı.

Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |