Şrift:
Hərbi qulluqçumuz ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub
06.03.2023 [10:37] - Gündəm, Hərb
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyib.
Bu xəbər oxucular tərəfindən 1606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed