Şrift:
Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb
07.03.2023 [12:14] - Xəbərlər, Gündəm, Siyasət
Martın 7-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

İclasın gündəliyinə 13 məsələ daxil edilib.

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında;

2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);

5. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);

6. “Elektroenergetika haqqında” qanun layihəsi (ikinci oxunuş);

7. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

9. “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

11. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);

12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

13. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed