Şrift:
WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır
07.03.2023 [12:26] - Gündəm
WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır.
"Müddəti Bitmiş Qruplar" funksiyası ilə istifadəçilər həmin qrup üçün son istifadə tarixi təyin edə biləcəklər.

WhatsApp istifadəçiləri qrupları silmək üçün gün, həftə və ya xüsusi tarix arasında seçim edə biləcəklər. Seçilmiş tarix yalnız seçilmiş qrup iştirakçısı tərəfindən etibarlı olacaq. Digər qrup iştirakçıları özləri üçün ayrıca bir tarix seçə biləcəklər.

Bu funksiya hazırda iOS 23.5.0.70 üçün WhatsApp-ın Beta inkişaf mərhələsindədir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ ki, məlum deyil.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed