30.03.2023 [10:49] - Gündəm
Kainatdakı ən böyük və ən ağır qara dəliyin yeri müəyyənləşdirilib.
Dəlik 2017-ci ildə kəşf edilib. Həmin il fotosu da çəkilib. O, yerdən düz 2,7 milyard işıq ili uzaqdadır. Buna görə də kəşfin tam yekunlaşması üçün 6 il lazım olub.
Elm adamları səma cisminin dəqiq yerini təyin edərək kəşfi tamamlayıblar.
Dəlik Abell 1201 adlı qalaktikada yerləşir. Araşdırmalara və müşahidələrə görə, bu qara dəlik günəşdən 32,7 milyard dəfə ağırdır. Günəş isə yerdən 333 min dəfə ağırdır.
Ölü ulduzlardan ibarət səma cismini tapmaq üçün James Nightingale və komandası qravitasiya linzalanması fenomenindən istifadə ediblər. Bu fenomenə görə, düz bir xəttlə getməli olan işıqlar cazibə təsirindən əyriləşdi. Bu yolla kosmosdan gələn qravitasiya təsirlərini təhlil edərək qalaktikaları kəşf etmək olar.
Mütəxəssislər ilk dəfə 2003-cü ildə yuxarıda qeyd olunan Abell 1201 qalaktikasından şübhələniblər. Aradan keçən 20 ildə gördükləri işlərlə şübhələrində haqlı olduqlarını anlayıblar. Qara dəlik tədqiqatın 14-cü ilində, yəni 2017-ci ildə çəkilib.
2017-ci ildə bəzi elm adamları fotodakı qara nöqtənin qara dəlik olduğunu və Abell 1201 qalaktikasının ortasında yerləşdiyini bildirmişdilər. Bəziləri isə buna qarşı idi.
James Nightingale və komandası bu müzakirəyə son qoydular. Qravitasiya linzalanması fenomenindən istifadə edən komanda iddiaların doğru olduğunu və qara dəliyin qalaktikanın tam mərkəzində yerləşdiyini təsdiqləyib.

Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |