05.04.2023 [10:31] - Gündəm, Sağlıq
Tədqiqatçılar belə qənaətə gəliblər ki, sağlamlıq və uzunömürlülük üçün insanlara əslində həftədə minimal sayda addım atmaq lazımdır.
“Metro”nun yazdığına görə, tədqiqatçılar müəyyən ediblər ki, insanlara sağlamlığı qorumaq və ömrü uzatmaq üçün gündə 10, hətta 8 min addım atmağa ehtiyac yoxdur.
Şübhəsiz ki, hərəkətli həyat tərzi bizə sağlamlığı normal səviyyədə qoruyub saxlamağa və hətta ömrü uzatmağa kömək edir. Lakin bizim hər gün konkret olaraq neçə addım atmağımızla bağlı alimlər hələ də bir araya gələ bilməyib.
Yeni araşdırmada Yaponiyanın Kioto Universitetindən alimlər belə qənaətə gəliblər ki, həqiqətən də sağlam və uzun ömür üçün bizə yerimədən başqa heç nə lazım deyil.
Belə ki, tədqiqatçılar müəyyən ediblər ki, sağlamlığımızın yaxşılaşdırılması üçün həftədə bir və ya iki dəfə cəmi 8 min addım atmaq kifayət edəcək. Nəticələr sübut edir ki, həftədə bu minimal addımları atan insanlar gündəlik 8 min addım atan insanlar kimi həmin ürək-damar “güzəştləri” və daha aşağı ölüm göstəricilərinə malik idi.
Misal üçün, həftədə bir və ya iki dəfə 8 min addım atan insanların növbəti 10 il ərzində ölüm riski 15 faiz azalırdı. Eyni zamanda həftədə 3 gündən 6 günə qədər eyni sayda addım atanların ölüm riski 16,5 faiz azalırdı.
Tibb üzrə alim Holly Andersenin sözlərinə görə, bu araşdırmanın minimumu müəyyən etdiyini və hətta kiçik həcmdə idmanın orqanizminiz üçün faydalı olduğunu göstərdiyini başa düşmək vacibdir. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, biz nə qədər çox hərəkət etsək, bu, sağlamlığımıza bir o qədər yaxşı təsir edir və oturaq həyat tərzinin orqanizmə təsirini azaldır.
Unutmayın ki, fiziki aktivlik təkcə ürək və damarlar üçün faydalı deyil, o həmçinin sümüklər, beyin, ümumilikdə immun sistemi, stresin səviyyəsi və yuxunun keyfiyyətinə müsbət təsir edir.

Bu xəbər oxucular tərəfindən 6596 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |