Şrift:
Quru Qoşunlarında atəş hazırlığı üzrə çalışmalar yerinə yetirilib
06.04.2023 [10:40] - Xəbərlər, Gündəm, Hərb
Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

MN-dən verilən məlumata görə, heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib
Bu xəbər oxucular tərəfindən 2082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed