Şrift:
Fərəc Quliyev:Qarabağ erməniləri ilə danışıq Azərbaycanın müstəqillik müddəasına uyğun həyata keçirilir
10.04.2023 [11:17] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Biz bütün üsullarla Qarabağda yaşayan erməni əsilli Azərbaycanlıların Azərbaycan Konstitusiyasına əməl etməklərini təklif edir, danışıqlar istəyirik. Bakıya dəvət edirik ki, gəlib burda fikirlərini bildirsin”.

Kommersant.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Qarabağ ermənilərinin Laçın yolunda yoxlanılaraq ərazimizə buraxılacağı, separatçıların qarabağlı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsələr, bu ərazilərə buraxılmayacaq iddialarını şərh edərkən deyib.

Fərəc Quliyev bildirib ki, onlar Azərbaycan dövlətinin təəbəsidir, vətəndaşıdır:

“Dövlət onlara qarşı tərəf kimi baxmır. Buna görədə bunu seperatçı qurumun nümayəndələri ilə deyil, öz vətəndaşlarımızla danışıq kimi təqdim etmək lazımdır”.

Ekspert hesab edir ki, 30 il müddətinə oradakı erməni əsilli azərbaycanlılar Ermənistanın girovuna çevrilib:

“Azərbaycan ərazisi işğal olunandan sonra onları məcburən iradələrinə tabe elətdirib. Buna görə də biz onları xarici dövlətin əlindən almaq, vətəndaşlıq alıb Konstitusiyanı qəbul etməyi təklif edirik ki, sabah həm də onların hüquqlarını qoruyaq. Azərbaycan həm də tolerant dövlətdir. Hansı millətə aid olmasından asılı olmayaraq, bütün etnoslardan olan hər kəsin hüquqlarını müdafiə edir”.

Fərəc Quliyevin sözlərinə görə, ermənilər üçün də burada yaşamağa problem yoxdur, amma Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edərək, Konstitusiyaya əməl edəcəksə, bu mümkün olacaq. Buna görə də burada iki çox vacib məsələ var:

“Birincisi, vətəndaşla dövlət arasında qarşılıqlı himayə mexanizmidi, yəni vətəndaş dövlətə tabe olmalı, dövlət də onu müdafiə etməlidir. İkincisi isə sərhəddəki məsələdir. Azərbaycan dövlətinin vətəndaşı olmayan xarici ölkə vətəndaşları Azərbaycan ərazisinə keçə bilməzlər. Onların gəlməsi üçün viza rejimi tətbiq olunur. Yəni, kim istəyirsə, həmin ərazilərdən bura keçməsi mümkün olan hal deyil. Bütün hallarda Laçın dəhlizinin girişində post olmalıdır və hər kəs Azərbaycan ərazisinə yollanılandan sonra buraxılmalıdır. Azərbaycan vətəndaşı olmayan şəxlər yalnız Xarici İşlər Nazirliyi üzərindən müraciət edərək ölkə ərazinə keçə bilər. Yəni, ümumi qaydalar hamıya tətbiq olunacaq, burada heç kimə xüsusi hüquq verilməyəcək, heç kimə xüsusi tapşırıq verilməyəcək. Amma digər vətəndaşlarımızdan onları fərqləndirən, aşağı tutan hüquq da olmayacaq. Başqa vətəndaşlar ölkə daxilində necə hərəkət edirlərsə, erməni əsilli vətəndaşlar da elə hərəkət edəcək. Ona görə də burda təəccüblü bir şey yoxdu və Azərbaycan artıq özünün müstəqillik haqqındakı müddəasını həyata keçirir. O müddəada yazılır: “Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazisinə şamil olunur””.

Jalə Allahverdiyeva/kommersant.az
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed