19.04.2023 [10:28] - Gündəm, Sağlıq
2023-ci ilin yanvar-mart aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 70 mln. 543,7 min manat təşkil edib.
Bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4% və ya 2 mln. 693.7 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 67 mln. 850.4 min manat idi.
Bu dövrdə tibbi sığorta üzrə ödənişlərin həcmi 17 mln. 40.8 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 2.3% və ya 392 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 17 mln. 432.8 min manata bərabər olub.
Sığorta ödənişlərinin azalması könüll tibbi sığorta üzrə zərərliliyi 6% azaldıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 25.7 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 24.15 manata bərabər olub.

Bu xəbər oxucular tərəfindən 6719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |