Şrift:
Ərdoğan: Türkiyə daha bir təyyarədaşıyan gəmi inşa edəcək
19.04.2023 [10:34] - Xəbərlər, Gündəm
Türkiyə ikinci təyyarə gəmisini inşa edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, İspanya və Büyük Britanya ilə birgə inşa ediləcək gəmi hazırda Türk Silahlı Qüvvələrinə təhvil verilmiş “TCG Anadolu” gəmisindən iki dəfə böyük olacaq.

Ərdoğan, “TCG Anadolu” təyyarə gəmisinin təhvil verilməsi ilə ölkənin dənizlərdə daha çox təsir gücünə malik olacağını da vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed