Şrift:
ABŞ İrana yardım edən şirkətlərə sanksiyalar tətbiq edib
20.04.2023 [10:29] - Siyasət
ABŞ İrana yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar.

İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar (PUA) istehsal edir.

ABŞ-ın 6 iri şirkət və 1 nəfər fiziki şəxsə qarşı tətbiq etdiyi bu sanksiyaya İran hələlik münasibət bildirməyib.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed