Şrift:
Avropada qazın qiyməti 450 dollardan aşağı enib
26.04.2023 [10:57] - İqtisadiyyat
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib.

25 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 447,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (455,1 dollar) ilə müqayisədə 1,7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed