11.05.2023 [13:42] - Gündəm, Hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq ölkədə kosmik fəaliyyət qanunla tənzimlənəcək.
Bununla bağlı “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Kosmik fəaliyyət haqqında” qanun layihəsi kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
İyirmi dörd maddə, 6 fəsildən ibarət olan qanun layihəsinə əsasən kosmik fəaliyyətlə bağlı olan əsas anlayışlar aşağıdakılardır:
-kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın (bundan sonra – kosmik fəza) texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılması;
-kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılması;
-milli fəaliyyət – kosmik fəaliyyətin subyektləri tərəfindən Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində (bundan sonra – Reyestr) qeydiyyata alınmış kosmik obyektlər vasitəsilə kosmik fəzada həyata keçirilən kosmik fəaliyyət;
-kosmik obyekt – kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdaşıyıcı, habelə kosmik aparatların və kosmik qurğuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıq;
-kosmik obyektin idarə edilməsi – uçuşun nizamlanması məqsədilə kosmik obyektə münasibətdə yerinə yetirilən izləmə, telemetriya və telekomanda əməliyyatlarının məcmusu;
-kosmik obyektin istismarı – kosmik obyektin təyinatı üzrə istifadə edilməsi, o cümlədən kosmik obyektin texniki imkanlarının digər şəxslərin istifadəsinə bilavasitə verilməsi;
-kosmik operator – kosmik obyektin kosmik fəzaya çıxarılmasını, kosmik obyektin idarə edilməsini və ya istismarını (o cümlədən istismardan çıxarılması), Yerə qaytarılmasını bilavasitə həyata keçirən Azərbaycan Respublikasının hüquqi şəxsləri və ya dövlət orqanları (qurumları), o cümlədən milli kosmik operator;
- kosmik fəaliyyətin subyektləri – kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları);
- milli kosmik operator – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
- xarici kosmik operator – kosmik fəaliyyəti bu Qanunun 10.2-ci maddəsinə uyğun həyata keçirən xarici hüquqi şəxs və ya xarici dövlət qurumu;
- Yerin məsafədən müşahidəsi peyk sistemi – Yerin məsafədən müşahidəsini aparan ən azı bir peyk, onun idarəetməsini təmin edən yerüstü idarəetmə mərkəzi, Yerin məsafədən müşahidəsi peykindən ilkin informasiyanın qəbulu, saxlanılması, emalı və ya yayımı (digər şəxslərə verilməsi) üçün istifadə edilən qurğu və avadanlığın məcmusu;
- Yerin məsafədən müşahidəsi – təsvir və digər informasiya əldə edilməsi üçün Yerin, o cümlədən atmosferin məsafədən izlənilməsi (zondlanması);
- yerüstü idarəetmə mərkəzi – kosmik fəzada olan kosmik obyektin idarə edilməsi üçün nəzərdə tutulmuş qəbuledici və ötürücü stansiya (olduğu halda), informasiya texnologiyaları infrastrukturu, bina və tikililər;
- ilkin informasiya – Yerin məsafədən müşahidəsi peykinin müşahidə qurğusu vasitəsilə toplanıb peykdən ötürülən informasiya;
- müşahidə məhsulu – ilkin informasiyanın emalı nəticəsində yaranan təsvir və ya digər növ informasiya;
- orbital mövqe – Yerin ekvatoru üzərində geostasionar orbitdə kosmik obyektin saxlanması nəzərdə tutulan hüdudların mərkəz nöqtəsinin coğrafi uzunluğu;
- peyk xidmətləri – telekommunikasiya, naviqasiya, meteoroloji, tədqiqat, Yer müşahidə və digər təyinatlı peyklər vasitəsilə təqdim edilən xidmət növü.
Qanun dərc edildiyi tarixdən 60 gün sonra qüvvəyə minir.

Bu xəbər oxucular tərəfindən 8679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |