Şrift:
Ərdoğanla Devlet Bahçeli seçki nəticələrini müzakirə edəcək
16.05.2023 [14:49] - Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli bu gün yerli vaxtla 17:00-da görüşəcək.

Onlar seçki nəticələrini müzakirə edəcək.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed