Şrift:
"WhatsApp"da mesajlar kilidləmək olacaq
16.05.2023 [14:50] - Gündəm
"WhatsApp" bir müddətdir təhlükəsizlik tədbirləri görür.

"Meta" tərəfindən elan edilən yeniləmə "Chat Lock" xüsusiyyətini əhatə edir . Müvafiq olaraq, istifadəçilər müəyyən söhbətləri şifrə və ya biometrik autentifikasiya ilə bağlaya biləcəklər.

Yeni funksiya hətta proqram açıq olduqda belə söhbətləri qorumaq məqsədi daşıyır.

"Meta"-nın təsvirinə görə, "Chat Lock" aktivləşdirilərsə, söhbətlər şifrə və ya biometrik qorunan qovluqda saxlanılacaq. Bu söhbətlərdən gələn bildirişlər göndərənin adını və ya mesaj məzmununu göstərməyəcək.

"WhatsApp" yeni yeniləmə paketi ilə istifadəçilərə şəxsi məlumatlarını qorumaq imkanı verəcək. Qeyd edək ki, yeni funksiya ilkin olaraq "Android" və "iOS" üçün əlçatandır.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed