Şrift:
Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycanda keçiriləcək səsvermənin vaxtı açıqlanıb
18.05.2023 [14:36] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycanda keçiriləcək səsvermənin vaxtı açıqlanıb.

Türkiyənin ölkəmizdəki səfirliyinə istinadla bildiririk ki, seçkilərin ikinci turu ilə əlaqədar Azərbaycanda səsvermə mayın 20-22-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciətində bildirilib.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed