Şrift:
Azərbaycan neftinin qiyməti 80 dolları keçib
25.05.2023 [12:48] - Gündəm, İqtisadiyyat
Mayın 24-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,7 dollar bahalaşaraq 80,46 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,7 dollar bahalaşaraq 78,51 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,46 dollar bahalaşaraq 53,37 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti mayın 24-də 0,69 dollar bahalaşaraq 77,59 dollar olub.
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed