Şrift:
Sel fəlakəti ilə üz-üzə qalan Göygöldə son vəziyyət AÇIQLANDI
26.05.2023 [13:55] - Gündəm, Hadisə
Göygöl rayonunda baş vermiş sel fəlakətinin fəsadları aradan qaldırılır.

Bunu Göygöl Rayon İcra Hakimiyyətinin başçısın müavini Arzu Qocayev bildirib.

Onun sözlərinə görə, dünən əraziyə təhkim olunmuş işçilər tərəfindən yolda yaranan problemləri aradan qaldırıldı və hərəkət bərpa olundu.

"Bundan başqa seldən əziyyət çəkən yerlərdə qaz, işıq qismən bərpa olunub.Bugün səhərdən həmin ərazilərdə kompleks qəza-bərpa işləri aparılır. Daşqın əsasən rayonun Topalhəsənli kəndinə daha böyük ziyan vurub. Topalhəsənli kəndindən digər kəndlərə gedən infrastruktur da ziyan görüb. Bu Kərəmli, Şəhriyar, Zurnabad kəndləridir. Bu gün həmin kəndlərdə qaz və işıq xətlərinə dəyən ziyan demək olar ki, bərpa olunub. Hazırda seldən ziyan dəyən ərazilərdə müvafiq qurumlar fəaliyyət göstərirlər."

A. Qocayev bildirib ki, sel axınına düşərək iki nəfər həlak olub.

"Yaralanan üç nəfərə isə yerində tibbi yardım göstərilərək evə buraxılıb", - deyə o qeyd edib.
Bu xəbər oxucular tərəfindən 5002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed