Şrift:
Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
30.05.2023 [13:34] - Gündəm, Siyasət
Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi daxil edilib.

Sənədə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarıdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed