Şrift:
Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək
04.07.2023 [09:47] - Gündəm, Siyasət
İyulun 11-12-də Vilnüsdə reallaşacaq NATO sammitində Ukrayna-NATO Şurasının ilk iclası təşkil ediləcək.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius yerli KİV-ə müsahibəsində bildirib.

"Vilnüs sammiti NATO-Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası olacaq. Beləliklə, Kiyevə Alyansın bu təşkilatın masasında bərabər yer veriləcək", - deyə Almaniyanın müdafiə naziri əlavə edib.

Onun sözlərinə görə, Ukrayna-NATO Şurası Ukraynanın Alyans daxilindəki proseslərə və strukturlara uyğunlaşması istiqamətində böyük addımdır.

Müdafiə naziri vurğulayıb ki, Şimali Atlantika Alyansı heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsində münaqişə tərəfinə çevrilməyəcək. Ona görə də Ukraynanın üzvlüyü ilə bağlı suala yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra cavab vermək mümkün olacaq.

Qeyd edək ki, NATO-Ukrayna Şurası yeni formatdır, məqsədi Ukraynanın siyasi dəstəyini və üzvlüklə bağlı müraciətlərini göstərməkdir.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed