Şrift:
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir
10.07.2023 [10:25] - Gündəm, Bildiriş
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 10-u saat 09:55-ə olan məlumata əsasən, 6724 bakalavr (Azərbaycan bölməsi üzrə 6121, rus bölməsi üzrə 603) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.

“SABAH” qrupları üzrə ixtisaslaşmaları iyulun 3–dən 10-dək müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində bu gün saat 12:00-dək tələbələrin qeydiyyatı aparılır.
Bu xəbər oxucular tərəfindən 2410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed