Şrift:
Türkiyədə 10 fabrik yanıb kül oldu
02.08.2023 [09:53] - Gündəm, Hadisə, Türk dünyası-Turan
Bursada 10 fabrik yanaraq kül olub.

Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən yanğın kənardakı 9 fabrikə də yayılıb.

Ümumilikdə 10 fabrikin yararsız hala düşdüyü yanğına 400 heyət, 2 yanğınsöndürmə təyyarəsi, 4 helikopter cəlb olunub.

8 saatdan sonra yanğın nəzarətə götürülüb. Yanğından zərər çəkən 14 nəfər xəstəxanaya yerləşdirilib.

"Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən və 10 fabrikin tamamilə yanması ilə nəticələnən yanğın nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirilən 14 nəfərin sağlamlıq vəziyyəti yaxşıdır. İtkilərimiz yoxdur",- deyə İnegöl Bələdiyyə başçısı Alper Taban sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 3989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed