Şrift:
Qarabağ məsələsinin həlli üçün erməni və türkün kim olduğunu dünyaya çatdırmaq lazımdır
02.02.2013 [13:15] - Müsahibə, DAVAMın yazıları
Qarabağlı Saleh Bəylə görüşümü bir işıq kimi xatırlayıram. Sanki ziya, zəka işığı saçırdı. İnanmaq olmur ki, 92 yaşında onun kimi dünyada elmi fikirləşən ikinci adam tapıla. Saleh Bəy Azərbaycanda erməni məsələsinin ilk araşdırıcısı sayılır. Onun 1994-cü ildə çap olunan “Erməniçilik” kitabı ermənilərin tamamilə iç üzünü açır. Yaşının bu qoca çağında o, 23 illk bu fəaliyyətini yenə də davam etdirir.

- Saleh müəllim, mümkünsə ilk olaraq özünüz haqda danışın

-Mən 1921-ci ildə Şuşada zadəgan ailəsində anadan olmuşam. Atam Rusiya diviziyasında zabit olub. Orta təhsilimi Şuşada və Ağdamda almışam. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşam. Buranı bitirdikdən sonra isə, 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edildim. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə getdim. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşmüşəm. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirdım. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, alman dili üzrə ali təhsil aldım. Aspirantura təhsilimi isə yenidən kimya üzrə aldım. Namizədlik işində müdafiə etdiyim mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edildi. Bundan sonra bir müddət elmdən uzaqlaşaraq, Neft Daşlarında işlədim. 3 il burada çalışdıqdan sonra isə yenidən elmə qayıtdım. Bu dəfə fizika sahəsinə. Fizika üzrə həm namizədlik, həm də doktorluq işini isə Moskva Universitetində müdafiə etdim.

- Bəs, nə vaxtdan erməni məsələsini araşdırmağa başlamısınız?

- 20 il Sibirdə yaşayıb, işləmişəm. 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra isə təqaüdə çıxaraq gəldim Azərbaycana və özümü bütünlüklə elmə, yaradıcılığa həsr etmişəm. Mən əvvəl başladım bir məqalə yazmağa. Sonra gördüm ki, bu, məqaləlik iş deyil. Daha sonra kitabça yazdım, amma bu da alınmadı. Fikirləşdim ki, yox, bu, dünya məsələsidir. Bütün dünyanı dəyişmək lazımdır.

- Siz araşdırmalarınızı əsasən hansı istiqamətdə aparırsınız?

- Dediyim kimi mən fizika-kimya üzrə mütəxəssisəm. Mən bütün dünyanı analiz etmişəm. Mənim kimi adam bütün dünya tarixində olmayıb. Bu mənim işim deyil, vergidir. Mən elmdən gəlmişəm Qurana. Görmüşəm ki, humanitar elmlər hamısı yalandır, iblisdir. Allahın yolu ilə getməyiblər. Bu elmlər müharibəni qanuni hesab edirlər. Müharibə qanuni deyil. Dünyada bir din, bir məslək olmaldır.

Siyasət qadağan edilməlidir. Siyasət biclik, adam aldatmaq deməkdir. Mən fəlsəfəni də rədd edirəm. Məndən qabaq da bunu deyənlər olub. Onlar yumşaq deyiblər, amma mən kəskin deyirəm. Fəlsəfə boşboğazlıqıdır. Fəlsəfə tarixdə heç bir xeyir verməyib. Mən bütün humanitar elmlər sahəsini tullayıram. Onu adlandırıram İnsani həyat elmləri. Bu tamam ayrı şeydir. Bununla bağlı 8 cildlik, 4000 səhifəlik rus dilində “Dünyanın taleyi” külliyyatını yazmışam. Bu adda kitab dünyada heç kim yazmayıb. Ümumilikdə bunu 10 cilddə çatdıracam. 9-cu cildin materiallarını toplamışam, amma onu hələ yazmamışam. Hazırda 10-cu cildin üzərində işləyirəm.

- “Dünyanın taleyi” külliyatında hansı mövzualara toxunulur?

- Birinci kitabın adı “İnsan və cəmiyyət”dir. İnsan cəmiyyətdə necə olmalıdır? Kitabda bu suala cavab axtarılır. Bunlar məsləhət formasında deyil, elmi formada yazılıb. İkinci cild “Erməniçilk” adlanır. Bu kitab ilk dəfə 1994-cü ildə çap olunub. Sonradan yeni faktlar əlavə olunub, genişləndirilib və yeni formada dərc edilib. Burada ermənin bütün iç üzü və türkün kim olduğu açılır. Özüm yox, fransızlar, ingilislər, almanlar, yəhudilər ruslar, ermənilər nə yazıblarsa erməni və türk haqqında, onu göstərirəm. Bu saat bundan vacib heç nə yoxdur. Ermənilər özlərini bizim xasiyyətimizdə, bizi isə özlərinin xasiyyətində yazaraq göstəriblər. Mən onu tamam tərsinə çevirib yazmışam və bunu başa salıram.

Üçüncü kitab “Dinlər və dinsizlər”, dördüncü isə “Rusiyanın taleyi” adlanır. “Dünyanın taleyi” külliyyatının 5-ci cildi “Bəyterapiya” kitabında bu barədə yazmışam. Bunu öz adımla uyğunlaşdırmışam. Bu nədir?! Xəstəliklərin müalicəsində dərman yoxdur. Çox xəstəliklər var ki, əslində xəstəlik deyil. Xəstəlik odur ki, onlar viruslar hesabına əmələ gəlir. Ancaq insanın bədənindən çıxan ağrılar xəstəlik deyil. Məsələn, ürək ağrısı xəstəlik deyil. Bu o deməkdir ki, ürək ona kömək edilməsini istəyir. Həkimlər bunu bilmir, ürəyin ağzına yastıq basırlar, səsi kəsilir. Ürək ağrısına ağrıkəsici dərman verirlər. Bu, vəhşilikdir. Sonu isə infarktdır. Ürəyi Bəyterapiya ilə müalicə etmək lazımdır. Su terapiyası ilə qaşınmanı müalicə edirəm. Terpaiydan mənin 20 qədər kəşfim var.

“Humanistika”isə İnsaniyyət, insan ruhu və zəkası haqqında elmdir. Ən vacib elm budur. Neyləyək ki, insan zəkası güclü olsun, əyri işlərə getməsin. Bütün bu müharibələr insaniyyət elmi öyrənilmədiyinə görə baş verir. Bu, insan təfəkküründən danışır. Bu, həm də ruh haqqında elmdir. Ruhu heç kim öyrənmir. Təbiətdə nə yaranıbsa, hamısını ruh yaradıb.

- Dünya ailmləri sizin kəşflərinizi qəbul edirlərmi?


- Mənim işlərimin əksəriyyəti Rusiyada, Amerikada, Londonda, Berlində, Avropanın digər böyük şəhərlərində elmi dərgilərdə çap olunub. Nyu-Yorkda, Moskvada, Kembricdə kitablarım dərc edilib. SSRİ-də birinci dəfə Nyu-Yorkda keçirilən böyük bir simpozium da mənim işimə istinad olunub. Temperaturun dəqiq təyin edilməsi sahəsində Avropa, Amerika və Yaponiya alimlərini qabaqlamışam. Mən “Dünyanın taleyi”ni verdim Rusiya Elmlər Akademiyasının Sibir bölməsinə. Orada ona 64 səhifəlik rəy yazıblar. Tarixdə belə şey olmayıb. Heç kimə bu boyda rəy verilməyib. Orda bildirlir ki, mənim kitabım tarixin dönüş kitabıdır. Yəni tarix müharibədən sülhə, iblislikdən düzlüyə dönür. Bütün dünyanı dəyişmək lazımdır.

Ondan sonra mən bunu əxlaqi tərəfədən təsdiq etdirmək istədim. Dünyada din sahəsində ən böyük şəxsiyyət Roma Papasıdır. Mən Roma papası II İohan Pavellə 2002-ci ildə əlaqə yaratdım. Məktublaşdıq, disskusiya apardıq. Sonda o, mənim elmlərimə rəy verdi. Bildirdi ki, elmlə dinin dialoqu çox faydalıdır. “Ümumdünya sülhün yardılması üçün bu, mütləq vacibdir və mən sizə xeyir-dua və salamlarımı göndərirəm”, deyə Papa məktubunda yazmışdı. Beləcə, bu kitablar Roma Papasının xeyir-duası ilə çap olundu. Bu, Avropaya girmək üçündür. Çünki Avropada bizim kitabları oxumurlar. Türkiyədə kürdlərin onları qırmasını Avropaya çatdırmaq istəyirlər. Avropa türkün kitabını oxumur. Amma mənim kitablarımı oxuyacaqlar.

- Erməni məsələsində mübarizəmizi hansı yolla aparmalıyıq?

- Erməni məsələsində mübarizə aparmaq üçün birinci bilik lazımdır. Bilmirsənsə, heç nə edə bilməzsən. Bircə dənə söz mübarizəsi qalır. Müharibə etmək düzgün deyil. Biz müharibə də edə bilmərik. Çünki biz Rusiya ilə müharibə etməliyik. Onu da edə bilməyəcəyik. Biz elə etməliyik ki, Rusiya geri çəkilsin. Erməninin özü qalsın elə belə, çılpaq. Erməni ancaq yazı ilə qələbə çalır. Hamını çəkib öz tərəfinə. Bütün dünya erməninin arxasındadır, amma türkün arxasında heç kim yoxdur. Əksinə bütün dünyada türkü məhv etmək məsələsi qoyulub. Bu böyük oyundur. Bu siyasət Rusiyada I Pyoturdan başlaylıb. Ondan sonra Avropa və İran bu işi aparır. Üç tərəfdən Türkiyəni məhv edirlər. Bunun birinci mərhələsini ediblər. Türkə böyük bir zərbə vurublar. Türkün dilini məhv ediblər. Erməni götürüb türkün dilini dəyişdirib. Erməni Akop Martayan yaradıb o dili. O, Türkiyə vətəndaşı olub. Türk dilinin mütəxəssisi olub. Ötən əsrin 20-ci illərində Atatürkü aldadıb ki, dildən ərəb və fars sözlərini atıb təmiz türk dili yaratmaq olar. Atatürk də bu fikri çox bəyənib və buna icazə verib. Əsasən fransız dilindən sözlər götürblər. Bunu, türkü müsəlman aləmindən ayırmaq üçün ediblər. Bunlar da başa düşmədən, qəbul ediblər bunu. Türk müharibəni bilir, amma elmi bimir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki aparılan danışıqların müsbət nəticəsi gözlənilirmi?

- Sülh, danışıq yolu uşaq aldatmaqdır. Belə şey mümkün deyil. Bu məsələdə 20 il sıfırdan mində bir faiz qədər qabağa getməmişik. Çünki bu real deyil. Qarabağ məsələsini həll etmək mümkün deyil. Dünya məsələsi həll olunmalıdır. Xristian aləmi müharibə hazırlayır. Quranı yandırlar, Məhəmməd Peyğəmbərin karikaturasını çəkirlər. Bunlar hamısı kəşfiyyatdır, bilmək istəyirlə ki, müsəlmanlar necə reaksiya verəcəklər. Bütün dünya türkün düşmənidir. Bunu açmaq lazımdır. Erməniyə pulu verib bizə qarşı çıxarırlar. Erməni muzdludur.

Mən kitabı yazıb verdim 16 professora qol çəkdirmişəm və mediada yazmışam ki, Qarabağ məsələsini necə həll etmək olar. Qarabağı almaq istəyən yoxdur. Bütün dünuyanın rəhbərlərinə müharibə sərfəlidir. Çünki müharibədən pul gəlir. Amma xalq üçün müharibənin heç bir faydası yoxdur. Ona görə bu müharibə də qurtarmayacaq. Bu arta bilər, amma azala bilməz. Qarabağ məsələsinin həlli üçün erməni və türkün kim olduğunu dünyaya çatdırmaq lazımdır. Başqa yol yoxdur. Ondan sonra hamı erməninin arxasından çəkiləcək. Erməni vətən müharibəsi aparmır. Deyirlər ki, guya erməni “Böyük Ermənistan” yaratmaq istəyir. Yalandır, düz deyil. Erməni pul qazanır. Bu pulun da hamısını Avropa verir.

- Ermənilərə informasiya müharibəsində qələbə çalmaq üçün nə etməiyik?

- İnformasiya müharibəsi üçün silah lazımdır. Silahsiz nə müharibə etmək olar. Bu silah da ideologiyadır. Bizdə ideloji müharibə yoxdur. Deyirik ki, “ideloji müharibə”, amma qabağın kəsiblər. İdeoloji müharibə üçün dövlətin nazirlik, komitə və ya hər hansı formadasa strukturu yaradılmalıdır.Ermənilərin bütün kitabları ideolgiyadır. Hər yerdə ermənini qaldırıblar dünyanın başına. Amma erməni xərçəng, alçaq, zibildir. Onu açmaq lazımdır. Nə bizdə, nə də Türkiyədə ideoloji əsərlər yoxdur. Bütün kitablarım ideologiyadır. Məndən qabaq Mir Möhsün Nəvvab 1905-ci ildə “Erməni müsəlman davası” adlı kitab yazıb. O, ermənini ələ salır və iç üzünü açır. O, erməniyə deyəndə ki, biz ermənini qıraq, Avropa bunu qəbul etmir. Mən deyirəm ki, erməni yazıqdır. Mən yazıram ki, Daşnaksütun partiyası erməni xalqın da istfadə edib pul qazınır. Belə yazanda onu qəbul edəcəklər. Mən erməni millətinin məğlubiyyətini istəyirəım. Bu kitabı oxuyan ermənin özü belə utanacaq. Dünyanı erməni ilə məhv edir. Dünya erməninin tərəfindədir. Bunu dəyişmək lazımdır. Dünya bizim tərəfə keçməldir. Bunu etmək mümkündür. Mən onu etmişəm. Hamısı hazırdır. İndi qalır bunu dünyaya çıxartmaq.



Fuad Hüseynzadə
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed