Şrift:
Türkiyə Macarıstana təbii qaz ixrac edəcək
21.08.2023 [09:56] - İqtisadiyyat
Türkiyə Macarıstana təbii qaz ixrac edəcək.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi sosial media hesabında məlumat verib.

"BOTAŞ ilə Macarıstanın MVM şirkəti arasında təbii qaz müqaviləsi imzalanıb. Türkiyə ilk dəfə olaraq sərhədi olmayan bir Avropa ölkəsinə təbii qaz ixrac edəcək. Türkiyə Avropanın təchizat təhlükəsizliyinə töhfə verməyə davam edir",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə ötən ilin yanvar ayında Bolqarıstanla təbii qaz müqaviləsi imzalayıb.
Bu xəbər oxucular tərəfindən 1232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed