29.08.2023 [15:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bütün bunlar onu göstərir ki, Rusiya Qarabağda istəklərinə nail olmadığını gördükcə, Azərbaycanda başqa ocaqların da yaradılmasında maraqlıdır”
Azərbaycanın Rusiyadakı Səfirliyi cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlı açıqlama verib:
"Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar Səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanmış və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərmişdir. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlamışdır.
Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılıb, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub. Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir".
Rusiyanın “talış kartı”ndan Azərbaycan əleyhinə bu şəkildə istifadə etməsi hansı anlama gəlir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizimkilər notanı gec veriblər: “Çünki tədbir ayın 7 - də olub. 7 - dən sonra orda olan Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan səfiri müəyyən yerlərə məktub göndərdilər. Buna həmin dəqiqə operativ şəkildə ciddi etiraz etmək lazım idi. Belə məsələlərdə nəinki etiraz, yerindəcə müəyyən tədbirlər görülməli idi. Bütün bunlar onu göstərir ki, Rusiya Qarabağda istəklərinə nail olmadığını gördükcə, Azərbaycanda başqa ocaqların da yaradılmasında maraqlıdır. Ukrayna yanaşmasında olduğu kimi, istəyir ki, bir neçə ocaq olsun, onlara bir az dəstək versin və özününküləşdirsin. Xatırlayırsızsa, Vardanyan Qarabağla bağlı bir ifadə işlətmişdi. Demişdi ki, Qarabağ məsələsinin həllində üç yol var. Onlardan biri Qarabağın Rusiyanın peyki olmasıdır. Bu artıq ərazi iddiası hesab olunur. Rusiyanın da icazəsi olmadan o belə bir qələt edə bilməzdi. Əgər Rusiyanın bundan xəbəri yoxdursa, dərhal Rusiya Xarici İşlər Nazirliyi Vardanyanın ifadəsinə görə belə bir təkzib bildirməli idi ki, Vardanyan bizim adımızdan danışa bilməz və bizim Azərbaycana ərazi iddiamız yoxdur. Belə bir təkzib də olmadı. Eyni ərəfədə də onlar dırnaqarası “talış muğan respublikasının “ 30 illiyini qeyd edirlər. Orada onların yerli dumasının nümayəndəsi, hətta rəhbəri iştirak edib. Bu o deməkdir ki, onlar özbaşına iştirak edə bilməzlər. Prezidentin birbaşa xəbəri olmadan belə bir şey etmələri qeyri - mümkündür. Rusiya siyasəti də Azərbaycanda separatçılığa dəstəkdir. Amma Rusiya ilə Azərbaycan arasında bir müqavilə vardı. O müqavilədə separatizmə qarşı mübarizə, bir - birinin ərazi bütövlüyünün tanınması kimi, hətta öz ölkəndən gələrsə, separatçıları təhvil vermə kimi bəndlər var. Amma bu o deməkdir ki, daima bizim Rusiyadan, onun mövqelərindən narazılığımız haqlıdır. Rusiya əlinə düşən ilk imkanda Azərbaycanın müstəqilliyinə, süverenliyinə təhdiddir. Qarabağ məsələsinin həll olunmamasında, Azərbaycanda yeni ocaqların yaranmasında maraqlıdır. Bütün bunları nəzərə alaraq, adekvat tədbirlər görülməlidir. Azərbaycanın şimal - cənub bölgələrində, televiziyalarda müəyyən işlərin görülməsi vacibdir. Azərbaycançılıq məfkurəsində vətənçiliklə bağlı çox məsələ qaldırılmalı və bu məsələnin özü də ciddi şəkildə işıqlandırılmalıdır. Düşünürəm ki , bu sıradan bir hal deyil. Yenə deyirəm, ciddi etirazlar olmalıdır. Bu, Rusiyanın simasını bir daha göstərdi. Rusiyalıların Qarabağdan çıxarılmasına paralel olaraq belə işlərin görülməsi onu göstərir ki, ruslar kartları başqa cür oynamaq istəyirlər. Bölgədə bu oyun İranla birlikdə də oynana bilər”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |