Şrift:
Dünya çempionatı: Bu gün üç güləşçimiz mübarizəyə başlayır, üçü isə medal qazana bilər
18.09.2023 [11:08] - Gündəm, İdman
Serbiyanın paytaxtı Belqradda davam edən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayacaq.

Sərbəst güləşçilərdən 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev əvvəlcə təsnifat mərhələsində qüvvəsini sınayacaq. Üçqat dünya və üçqat Avropa çempionunun rəqibi çinli Şauhua Yuan olacaq.

97 kiloqram çəkidə yarışan Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Straxinya Despiçi sınağa çəkəcək.

Qadın güləşçilərdən isə Alyona Kolesnik mübarizə aparacaq. 59 kiloqram çəki dərəcəsində güləşən idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan) / Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün həmçinin sərbəst güləşçilər - Osman Nurmaqomedov (92 kiloqram) final, Turan Bayramov (74 kiloqram) və Orxan Abbasov (79 kiloqram) isə bürünc medal görüşünə çıxacaq. O. Nurmaqomedov dünya çempionluğu uğrunda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq. T. Bayramov və O. Abbasovun rəqibləri isə təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Turan Bayramov bürünc medal qazanacağı və ya beşinci yeri tutacağı halda, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed