Şrift:
Zelenski ABŞ Konqresində çıxış edəcək
18.09.2023 [11:13] - Siyasət
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.

Bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed