Şrift:
BMT missiyası ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” ilə bağlı iddialarını təkzib edib
03.10.2023 [10:49] - Gündəm
BMT missiyası Azərbaycan tərəfindən Xankəndidə erməni əsilli mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etməyib.

Bu barədə Qarabağa səfərin yekunlarına dair missiyanın bəyanatında deyilib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, missiyanın Ağdamdan keçərkən Ermənistanın işğalı dövründə həmin şəhərin dağıdılmasını və Azərbaycan hökuməti tərəfindən minalardan təmizləmə, eləcə də yenidənqurma işlərinə ehtiyac olduğunu qeyd etdiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed