Şrift:
Hakan Fidan Blinkenlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib
30.10.2023 [10:03] - Gündəm, Türk dünyası-Turan
BAKU, Azerbaijan, October 30. Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin diplomatik mənbələrindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı Qəzza zolağında münaqişənin regiona yayılmasının qarşısının alınması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin girovların azad edilməsi üçün səyləri, humanitar yardım dəhlizinin yaradılmasının aktuallığını və NATO-nun genişlənməsi prosesini müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed