Şrift:
Azərbaycan millisi dünya çempionatında yarımfinala yüksəlib
03.11.2023 [10:28] - Gündəm, İdman
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Yığma 1/4 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Yığma qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed