Şrift:
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb
07.11.2023 [11:19] - Sağlıq
Oktyabrın 30-dan noyabrın 5-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 95 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 689 nəfər müalicə olunaraq sağalıb, 10 min 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 184, bu günə qədər isə ümumilikdə 7 milyon 706 min 434 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 2826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed