Şrift:
Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi batıb
20.11.2023 [10:54] - Gündəm, Hadisə
Noyabrın 19-da güclü fırtına səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi ilə əlaqə kəsilib. Aparılan axtarış işləri nəticəsində gəminin dalğaqırana çırpılaraq batdığı müəyyən edilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Onun sözlərinə görə, gəmidəki 12 türk ekipaj üzvü ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.

Xatırladaq ki, Rusiyadan İzmir vilayətinin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi limandan ayrıldıqdan qısa müddət sonra onunla əlaqə kəsilib.
Bu xəbər oxucular tərəfindən 1805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed