Şrift:
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir
12.12.2023 [10:25] - Siyasət
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir.

Bu barədə "X" sosial şəbəkəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Prezident Volodimir Zelenskinin Sülh Formulasını və ikitərəfli əməkdaşlığımızı müzakirə etmək üçün görüşməkdən çox məmnun oldum. Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında regional əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəklədiyini təsdiqlədim", - deyə D.Kuleba qeyd edib.

Qeyd edək ki, nazir Ceyhun Bayramov hazırda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Belçikada işgüzar səfərdədir.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed