Şrift:
Qəzzadan Türkiyəyə təxliyələr davam edir
13.12.2023 [12:06] - Türk dünyası-Turan
Türkiyə Qəzza zolağından təxliyələri davam etdirir.

Oktyabrın 8-dən indiyədək Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləri olmaqla 1047 nəfər Qəzzadan təxliyə edilib.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli bildirib.

Qeyd edilib ki, hazırda təxliyə olunmasını gözləyən vətəndaşların siyahısı mütəmadi yenilənir və aidiyyəti qurumlarla razılaşdırılır. Qəzzadakı bütün Türkiyə vətəndaşlarının təxliyəsini təhlükəsiz və tez bir zamanda başa çatdırmaq hədəflənir.

Bundan əlavə, Qəzzadan daha 68 xəstə müalicə üçün Türkiyəyə gətirilib. Onlardan 37-si körpə və uşaqdır. Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, bununla da Türkiyəyə gətirilən fələstinli xəstələrin sayı 182 nəfərə çatıb. Bundan sonra daha çox xəstənin Türkiyəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed