Şrift:
Azad edilən hərbçilərimiz evlərinə qayıdıblar
14.12.2023 [09:47] - Xəbərlər, Siyasət
Bakı və İrəvan arasında əldə olunan razılıq əsasında azad edilmiş Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinin yanına qayıdıblar.

Bununla bağlı görüntülər AzTV televiziya kanalının reportajında ​​təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın baş nazirinin aparatı tərəfindən yayılan bəyanata əsasən, Ermənistan A.Bəbirovu və H.Axundovy Azərbaycan tərəfinə təhvil verib. 32 hərbçi isə Ermənistan tərəfinə qaytarılıb.

Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed