Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev başsağlığı verib.
11.02.2013 [00:08] - Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Azərbaycan elminin inkişafında, ziyalı mədəniyyətinin formalaşmasında misilsiz xidmətlər göstərmiş Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun vaxtsız vəfatı məni və rəhbərlik etdiyim partiya fəallarını çox sarsıdıb. Öz sadəliyi, xeyirxahlığı ilə bir çoxlarına həmişə nümunə olan Mahmud bəyin Azərbaycan elminə verdiyi töhfələr və on iki il müddətində AMEA-ya rəhbərlik etdiyi dönəmdə elm adamlarının nailiyyətləri danılmaz faktdır. Böyük itki ilə bağlı olaraq Mahmud bəyin ailəsinə, elm aləminə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.”


Allah rəhmət eləsin!

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Millət Vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed