Şrift:
Seçki Məcəlləsinə dəyişiklik edilir
18.01.2024 [13:31] - Hüquq
Seçki Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə Məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.

Dəyişiklik layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması tapşırılıb.

Beləliklə, layihədə təqdim olunan dəyişikliklər təklif olunan qanunların “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 4439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed