Şrift:
ÜST-dən qızılca ilə bağlı təcili vaksinasiya ÇAĞIRIŞI
24.01.2024 [10:47] - Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

Bu barədə xarici KİV-lərə istinadən xəbər veririk.

ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.
Bu xəbər oxucular tərəfindən 4740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed