Şrift:
Türkiyə Superliqası: "Qalatasaray" öz meydanında qələbə qazanıb
30.01.2024 [10:14] - Gündəm, İdman
Futbol üzrə Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

Son oyun günündə dörd qarşılaşma baş tutub.

"İstanbulspor" "Samsunspor"la, "Kayserispor" "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Qalatasaray" öz meydanında "Qaziantep"i çətinliklə məğlub edib - 2:1. "Trabzonspor" isə evdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikincidir.Bir oyun Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed