Şrift:
Azərbaycan kubokunda ilk yarrımfinalçılar müəyyənləşir
08.02.2024 [10:41] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk olaraq iki qarşılaşma keçiriləcək.

"Zirə" doğma meydanda "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda gerçəkləşən matç saat 17:00-da başlayacaq. İlk oyunda "qartallar" qələbə qazanıb - 2:1.

İkinci dueldə "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam klubu 7:1 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

8 fevral

17:00. "Zirə" - "Səbail"
İlk oyun - 2:1.

20:00. "Qarabağ" - "Sabah"
İlk oyun - 7:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed