Şrift:
"Fukusima-1" AES-dən radioaktiv suyun sızması əhalini təhdid etmir - BAEA
08.02.2024 [11:10] - Gündəm
“Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo Electric Power” radioaktiv suyun sızmasından sonra əhali və ətraf mühit üçün hər hansı təhlükə aşkarlamayıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatında deyilib.

“Tokyo Electric Power” hadisə yerində aparılan radiasiya ölçmələrində əhəmiyyətli dalğalanmaların olmadığını təsdiqləyib. Hadisənin ictimaiyyət üçün riski və ətraf mühitə təsiri yoxdur", - məlumatda bildirilib.


Qeyd edək ki, fevralın 7-də “Fukusima-1” AES-in əməkdaşları ərazidə radioaktiv su sızmasını qeydə alıblar.

Bundan əvvəl MAQATE Yaponiyanın zavoddan atdığı təmizlənmiş suyun beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bildirmişdi. Belə bir hesabatı təşkilat bu ilin yanvarında hazırlayıb.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed