Şrift:
Ermənistanın məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilər var
13.02.2024 [10:42] - Gündəm, Hadisə
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Bu xəbər oxucular tərəfindən 3053 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed