Şrift:
Güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıblar
14.02.2024 [10:47] - Gündəm, İdman
Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.

63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.

Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.

İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed