Şrift:
Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb
19.02.2024 [09:57] - Gündəm, İdman
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvlərindən bu gün mübarizəyə qoşulmuş Camal Qamzatxanov qızıl, Vüqar Talıbov (90 kiloqram) isə bürünc mükafat əldə edib.

Bununla da Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed