Şrift:
Türkiyə ilə Albaniya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq
21.02.2024 [11:09] - Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Albaniyanın Baş naziri Edi Rama Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci iclası, eləcə də iki ölkə arasında sazişlərin imzalanması mərasimi başa çatdıqdan sonra birgə mətbuat konfransı keçiriblər.

Bu barədə Türkiyə KİV-ə istinadən xəbər veririk.

“Biz ticarət dövriyyəmizi 2 milyard dollara çatdırmaq niyyətindəyik. İnanıram ki, özəl sektorumuzun səyləri nəticəsində qısa zamanda bu rəqəmə çatacağıq”, - deyə Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə 3,5 milyard dollar investisiya ilə Albaniyada ilk beş xarici investordan biridir. 600-dən çox türk şirkəti 15 mindən çox Albaniya vətəndaşını işlə təmin edir və ölkə iqtisadiyyatına dəstək verir.
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed